Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Etimadnaməsi 2 günə qəbul olundu
 
						Etimadnaməsi 2 günə qəbul olundu
Əlavə olunub: 06.27.2025 | 23:48 | Baxılıb: 3534
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev İranın ölkəmizə cəmi 2 gün öncə təyin olunan səfiri Müctəba Dəmirçilunun etimadnaməsini qəbul edib.

“past.az"in məlumatına görə, dövlət başçısı səfirlə söhbətində iranlı həmkarı Məsud Pezeşkianla dünən apardığı telefon danışığından və onun Azərbaycana səfərindən bəhs edib.

Əvvəlcə qeyd etmək lazımdır ki, təyin olunan səfirlərin təcrübədə az hallarda bu qədər qısa zamanda etimadnaməsi qəbul edilib.

Hətta, elə səfirlər də olub ki, dövlət başçısı onları təyinatlarından 2-3 ay sonra qəbul edib.

Elə təkcə bu, İranla dostluğumuza, ikili münasibətlərimizə nə qədər əhəmiyyət verildiyini açıq-aşkar nümayiş etdirməyə qadirdir.

Görüşdə Prezident İlham Əliyev İranla İsrail arasındakı gərginliklə əlaqədar bəzi dairələrin və media təmsilçilərinin Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələr və yalanlara əsaslanan məlumatlar yaymasına da toxunub. Prezident bütün bunların cəfəngiyyat olduğunu bildirib.

Səfir isə öz növbəsində deyib ki, İran tərəfi tam əmindir ki, Azərbaycan ərazisindən İrana qarşı heç vaxt istifadə oluna bilməz, Azərbaycan dövləti buna heç zaman imkan verməz.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.