Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Əvvəl evini yandırdı, sonra özünə xəsarət yetirdi
 
						Əvvəl evini yandırdı, sonra özünə xəsarət yetirdi
Əlavə olunub: 06.05.2025 | 08:12 | Baxılıb: 1834
Balakən sakini yaşadığı evi yandırıb, daha sonra özünə xəsarət yetirib.

“past.az"in məlumatına görə, hadisə Balakən rayon Qazma kəndində baş verib.

Yanğın yerinə rayonun YMH-nin texnikaları cəlb olunub. Yanğın zamanı 1970-ci il təvəllüdlü Məmmədov Camal Hidayət oğluna məxsus ümumi sahəsi 264 k/m olan 7 otaqdan ibarət olan yaşayış evi tamamilə yanıb. 

Məlumata görə evi ev sahibi C. Məmmədov özü yandırıb və daha sonra isə odlu silahla özünə xəsarət yetirib.

O, təcili tibbi yardım avtomobili ilə Balakən rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.