“past.az” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə bu barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilə eyvanın dəmir barmaqlıqlarını kəsərək daxil olub və evdə yatmış vəziyyətdə aşkarlanmış 2013-cü il təvəllüdlü yeniyetməni valideynlərinə təhvil veriblər.