Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
FIFA-dan Əliyar Ağayevə növbəti təyinat
 
						FIFA-dan Əliyar Ağayevə növbəti təyinat
Əlavə olunub: 06.08.2025 | 13:18 | Baxılıb: 1659
FIFA referisi Əliyar Ağayev növbəti dəfə təyinat alıb.

“past.az” xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsinin K qrupunda keçiriləcək Serbiya – Andorra qarşılaşmasının baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Matçın VAR hakimləri italiyalı Canluka Aureliano və Valerio Marini olacaqlar.

İyunun 10-da Leskovaç şəhərində yerləşən “Duboçica” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.