Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
FIFA referimizə UEFA-dan təyinat
 
						FIFA referimizə UEFA-dan təyinat
Əlavə olunub: 05.16.2025 | 17:45 | Baxılıb: 809
Azərbaycanın FIFA referisi Kamal Umudlu UEFA-dan növbəti təyinat alıb.

“past.az” xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

K.Umudlu 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinin oyunlarında ehtiyat hakim olacaq.

Qeyd edək ki, Avropa çempionatı mayın 19-dan iyunun 1-dək 8 komandanın iştirakı ilə Albaniyada təşkil ediləcək.

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.