Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Fiko” serialdan buna görə getdi...
 
						“Fiko” serialdan buna görə getdi...
Əlavə olunub: 05.15.2025 | 09:51 | Baxılıb: 9291
Türkiyənin reytinqli serialı “Uzak Şehir”də “Alya”nın (Sinem Ünsal) anası Fikriye obrazını canlandıran Nursel Kösenin sezon finalından əvvəl komandadan ayrılması sosial şəbəkələrdə müzakirələr yaradıb.  

“past.az” Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktrisanın sezon finalına qədər serialda qalacağı gözlənilərkən, obrazın efirdə yayımlanan 25-ci bölümündə öldürülməsi birmənalı qarşılanmayıb. 

Belə ki, sosial mediada yayılan iddiada “Fikriye xanım”ın layihədən öz istəyi ilə ayrıldığı, onun çəkiliş heyəti ilə anlaşa bilmədiyi deyilib.  

Nursel Kösenin sosial şəbəkə hesabından etdiyi vida paylaşımı bu iddiaları daha da gücləndirib: “Əlvida Fiko, sənin hekayən bu qədər. Kaş ki, daha uzun olsaydı”. 

Qeyd edək ki, “Kanal D”də yayımlanan serial iyunun 2-də 28-ci bölümü ilə mövsümə fasilə verəcək.



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.