Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Fikrət Quliyevə hökm oxundu
 
						Fikrət Quliyevə hökm oxundu
Əlavə olunub: 06.25.2025 | 11:55 | Baxılıb: 3172
Yeni Suraxanı bələdiyyəsinin sabiq sədri Fikrət Quliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“past.az"in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Eks-bələdiyyə sədrinə külli miqdarda rüşvət alma, vəzifə saxtakarlığı və nüfuz alveri maddələri ilə verilmiş ittiham təsdiqini tapıb.

Hökmə əsasən, Fikrət Quliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, F.Quliyev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilmişdi.

Sail Ağasəlim

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.