Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Gəlinlə qayınanası bıçaqlandı - Qayınata saxlanıldı
 
						Gəlinlə qayınanası bıçaqlandı 
							 - Qayınata saxlanıldı
Əlavə olunub: 06.26.2025 | 10:48 | Baxılıb: 2355
Sabirabadda iki qadın bıçaqlanıb.

“past.az” xəbər verir ki, hadisə rayonun Beşdəli kəndində qeydə alınıb.

1964-cü il təvəllüdlü Aidə Məhəmməd qızı Hüseynova və gəlini 1983-cü il təvəllüdlü Lətafət Muxtar qızı Hüseynova kəsilmiş-deşilmiş xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onların A.Hüseynovanın həyat yoldaşı, Lətafətin isə qayınatası olan 1957-ci il təvəllüdlü R.Hüseynov tərəfindən bıçaqlandığı bildirilib.

DİN-in Mətbuat xidmətinin regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.