Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Gənc avarçəkənlərimiz Qazaxıstanda 14 medal qazanıb - Video
 
						Gənc avarçəkənlərimiz Qazaxıstanda 14 medal qazanıb 
							 - Video
Əlavə olunub: 06.02.2025 | 16:25 | Baxılıb: 403
Qazaxıstanın Uralsk şəhərində 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş kayak və kanoe üzrə beynəlxalq reqata təşkil olunub. 

“past.az” xəbər verir ki, komandamız yarışda 3 qızıl, 6 gümüş, 5 bürünc olmaqla ümumilikdə 14 medal qazanıb.

İvan Vorobjanskiy bir nəfərlik kayak qayığında həm 200, həm də 500 metr məsafədə yarışlarda qızıl medala sahib olub. Həmçinin 200 metrdə Elmir Tarverdiyev 2-ci, 500 metrdə Mustafa Vəlizadə 3-cü yer tutub. İki nəfərlik kayak qayığında 500 metr məsafədə İvan Vorobjanskiy – Vacib Babayev cütlüyü bütün rəqiblərini qabaqlayıb. Mustafa Vəlizadə və Elmir Tarverdiyevin sürdüyü qayıq finişi ikinci keçib.  İvan Vorobjanskiy rusiyalı idmançı birgə bürünc medal qazanıb. 200 metr məsafəyə yarışlarda İvan Vorobjanskiy - Hüseyn Həsənov dueti 2-ci, Vacib Babayevlə  Nuran Rəhimli fəxri kürsünün 3-cü pilləsinə qalxıblar. 

Kanoedə Hüseyn Səmədli 3 kateqoriya üzrə mükafatçılar sırasına düşüb. 200 metr məsafədə bir nəfərlik qayıqda bürünc, iki nəfərlik qayıqda gümüş medal qazanıb. 500 metr məsafədə iki nəfərlik qayıqda Hüseyn Səmədli 3-cü olub.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.