Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Gəncədə bir ailənin 5 üzvü zəhərləndi - Üçü uşaqdır-Yenilənib
 
						Gəncədə bir ailənin 5 üzvü zəhərləndi 
							 - Üçü uşaqdır-Yenilənib
Əlavə olunub: 04.22.2025 | 09:00 | Baxılıb: 2680
Gəncədə bir ailənin beş üzvü xiyardan zəhərlənib. 

“past.az"in məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Şəhər sakini 1992-ci il təvəllüdü Elvin Ramazanov, həyat yoldaşı 1994-cü il təvəllüdlü Şəkər Ramazanova, övladları 10 yaşlı Rəbiyə  Ramazanlı, 9 yaşlı Rüqayyə Ramazanlı və 3 yaşlı Zeynəb Ramazanlı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 

Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri orta ağırdır. 

İlkin məlumata görə, həmin şəxslər bazardan alınan xiyardan zəhərlənib.

***

Gəncə Birləşmiş Xəstəxansından bildirilib ki, bu gün saat 07:30 radələrində 5 nəfər (4 qadın, 1 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub. Funksional mədə-bağırsaq pozğunluğu diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Yunis Quliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.