Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Gəncədə qanunsuz tikililər söküldü - Video
 
						Gəncədə qanunsuz tikililər söküldü 
							 - Video
Əlavə olunub: 06.23.2025 | 12:37 | Baxılıb: 1055
Gəncədə qanunsuz tikililər sökülüb.

“past.az” xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin Ə.N.Gəncəvi küçəsində qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Müraciət əsasında qurumun Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikililər sökülüb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.