Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Gigi Hadid onunla nişanlanıb? - Foto
 
						Gigi Hadid onunla nişanlanıb? 
							 - Foto
Əlavə olunub: 04.27.2025 | 19:37 | Baxılıb: 3561
Bir müddətdir sevgili olan dünya şöhrətli model Gigi Hadid və amerikalı aktyor Bredli Kuperin nişanlandığı iddia edilib.

“past.az” xarici KİV-ə istinadən xəbər verir ki, Nyu-Yorkda 30 yaşını qeyd edən modelin barmağındakı üzük diqqətdən yayınmayıb.

Belə ki, “Daily Mail”in xəbərinə görə, gecəyə 50 yaşlı sevgilisi Kuperlə əl-ələ gələn modelin barmağındakı üzük nişan üzüyü ola bilər.

Qeyd edək ki, Gigi Hadid daha əvvəl uzun müddət müğənni Zeyn Maliklə sevgili olub. Belə ki, onların bu münasibətdən 2021-ci ildə bir qızları dünyaya gəlib. O, daha sonra isə Leonardo Di Kaprio ilə birlikdə idi.

Bredli Kuperin isə model İrina Şeyklə münasibətindən Lea De Seine adlı bir qızı var. Cütlük ayrılsa da, tez-tez görüşür və tətilə çıxırlar.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.