Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Goranboyda məktəblilər peşməkdən zəhərləndi - Yenilənib
 
						Goranboyda məktəblilər peşməkdən zəhərləndi 
							 - Yenilənib
Əlavə olunub: 03.14.2025 | 12:38 | Baxılıb: 2151
Goranboy rayonunda 9 yaşlı iki məktəbli zəhərlənib.

“past.az” xəbər verir ki, rayonun Səfikürd kənd tam orta məktəbinin 3-cü sinif şagirdləri - 2016-ci il təvəllüdlü N. Kərimova və həmyaşıdı S. Əliyev zəhərlənmə diaqnozu ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onların “pambıq” şirniyyatı kimi tanınan peşməkdən zəhərləndiyi bildirilir.

Hazırda uşaqların vəziyyətləri stabildir.

***

Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 11:20 radələrində 2016-cı il təvəllüdlü 2 azyaşlı (1-i qadın, 1-i kişi cinsli olmaqla) zəhərlənmə şübhəsi ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub: 

“Onlara dəqiqləşdirilməmiş dispepsiya diaqnozu təyin edilib. 

Pasiyentlərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar”.

Yunis Quliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.