Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Göyçayda yasda evin eyvanı uçdu - 8 qadın yaralandı - Yenilənib
 
						Göyçayda yasda evin eyvanı uçdu 
							 - 8 qadın yaralandı - Yenilənib
Əlavə olunub: 04.08.2025 | 11:40 | Baxılıb: 3334
Göyçayda yas mərasimində evin eyvanı uçub.

“past.az” “Report”a istinadən xəbər verir ki, hadisə Vahidov Fərahim İsrafil oğluna məxsus evdə qeydə alınıb.

Yas mərasimində iştirak edən qadınların oturduğu evin 2-ci mərtəbəsinin eyvan uçub. 

Nəticədə, 1978-ci il təvəllüdlü Həşimova Mətanət Ağakərim qızı, 1969-cu il təvəllüdlü Vahidova Kəmalə Həşim qızı, Göyçay rayonu, Qarayazı kənd sakinləri 1966-cı il təvəllüdlü Cabbarova Saxanım Suru qızı, 1966-cı il təvəllüdlü Məmmədova Nazilə Məzahir qızı və 1963-cü il təvəllüdlü Əliyeva Susaxan Suru qızı həmin eyvandan yıxılaraq müxtəlif bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

***

TƏBİB-dən “past.az"in sorğusuna cavab olaraq bildirilib ki, aprelin 7-si saat 13:00 radələrində Göyçay rayonunun Qarayazı kəndində yas mərasimi zamanı eyvanın aşması nəticəsində xəsarət alan 8 nəfər Göyçay Rayon Mərkəzi Xəstəxanasının təcili yardım bölməsinə hospitalizasiya olunub.

Onlardan 1960, 1962, 1963, 1966, 1969, 1973 və 1976-cı il təvəllüdlü 7 nəfər (qadın cinsli) şəxsə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Digər 1973-cü il təvəllüdlü qadın isə çoxsaylı sınıqlar və onurğa zədəsi diaqnozu ilə ixtisaslaşmış tibb müəssisəsinə hospitalizasiya olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.