Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Güllə dəyməmiş yıxılmaq lazım deyil” - Vasili Berezutski
 
						“Güllə dəyməmiş yıxılmaq lazım deyil” 
							 - Vasili Berezutski
Əlavə olunub: 05.29.2025 | 15:27 | Baxılıb: 1295
“Sabah” Azərbaycan Kubokunun final matçında “Qarabağ”la üz-üzə gələcək.

“past.az” xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski oyundan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bizi maraqlı oyun gözləyir. Kubokun final matçıdır. "Sabah" ilk dəfədir ki, finalda oynayır. Bu finalda heç-heçə olmayacaq, ya qalib gəlməlisən, ya da məğlub olmalısan. Gərgin, maraqlı oyun olacaq.

- Heyətdə hansısa problemlər var?

- Seymur Məmmədov zədəlidir. Qalan hər kəs düşərgədədir. Oyunun əhəmiyyətini bilirik. Bir aydır ki, bu matça hazırlaşırıq. Hər kəs qaydasındadır. 

- Uğursuz nəticə olacağı təqdirdə, komandadan göndəriləcəyiniz iddia edilir. Hətta namizəd də bəllidir. Vacib oyunöncəsi bu xəbərlər sizə necə təsir edir?

- Bu, bizə heç bir təsir etmir. Hamımız kuboka köklənmişik. Bunları kubokun finalından sonra danışmaq olar. Düzü, mən mətbuatı oxumuram. Bu cür xəbərlər özümə təsir etmir.  

- Kubokun finalında uğursuz olsaz, komandadan gedəcəksiz, yoxsa rəhbərliyin sizi göndərməsini gözləyəcəksiz?

- Bu barədə danışmaq üçün hələ tezdir. Təyin olunandan bir həftə sonra istefaya getməliydim. Gözləyək, sonra danışarıq bu barədə.

- Dəfələrlə futbolçu kimi Rusiya kubokunun finalında oynamısız. Final oyununun özəlliyini nədə görürsüz?

- Futbolçu və məşqçi kimi eyni hissləri keçirirəm. Öz gücünü meydanda verməlisən. Qələbə üçün əlindən gələni etməlisən.  

- “Sabah”a gəldikdən sonra “Qarabağ”a uduzmamısız. Bunu final öncəsi psixoloji üstünlük hesab edirsiz?

- Bunu üstünlük və ya zəiflik hesab etmək olar. “Qarabağ” da motivasiyalı olacaq. Onlar üçün də önəmlidir. Şanslar 50/50-dir.  Güllə dəyməmiş yıxılmaq lazım deyil. 

- Leonid Slutski ilə birlikdə uzun müddət işləmisiz. O da təcrübəli və sizə yaxın biridir. Maraqlıdır, “Qarabağ”ı necə məğlub etmək barədə onunla heç söhbətiniz olub?

- Deyə bilərəm ki, yox. Amma ümumi anlar var ki, məşqçilər olaraq aramızda müzakirə edirik. Fərdi olaraq bir şey yoxdur ki, məhz bununla rəqibə qalib gələ bilərik. 

- “Qarabağ”a qalib gəlib avrokuboklara vəsiqə qazansanız, hazırkı heyəti qoruyub-saxlayacaqsız?

- Oyuna iki gün qalıb. Oyunla yaşayırıq. Gələcəkdə necə olacaq, onu bilmirəm. Qalib də gələ bilərik, uduza da bilərik. Necə olacağını finalda görəcəyik.

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.