“past.az” xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” Baş nazir İrakli Kobaxidzeyə istinadən məlumat yayıb.
Kobaxidze bildirib ki, Mariam Kvrivişvili Gürcüstanın yeni iqtisadiyyat naziri təyin edilib. Onun sələfi Levan Davitaşvili isə Kobaxidzenin iqtisadi məsələlər üzrə baş müşaviri və ölkənin iqtisadi şurasının katibi vəzifəsini tutacaq.
Kvrivişvili təyinatdan əvvəl iqtisadiyyat nazirinin müavini vəzifəsini tutub.
Baş nazirin sözlərinə görə, dəyişikliklər Gürcüstan hökumətinin iqtisadi şurasının rolunu gücləndirmək qərarı ilə bağlıdır.
***
Gürcüstan parlamenti Georgi Qvarakidzeni ölkənin yeni Baş prokuroru seçib.
Onun namizədliyi bu gün qanunverici orqanın plenar iclasında səsverməyə çıxarılıb. 83 deputat Qvarakidzenin namizədliyinin lehinə səs verib, əleyhinə səs verən olmayıb.
O bu vəzifədə iyunun əvvəli istefa verən Georgi Qabitaşvilini əzəv edəcək. Qabitaşvili isə ölkənin Dövlət Audit Xidmətinə rəhbərlik edəcək.
Fotoda: Georgi Qvarakidze