Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Hakimləri söyən Amit Quluzadəyə ağır cəza
 
						Hakimləri söyən Amit Quluzadəyə ağır cəza
Əlavə olunub: 05.21.2025 | 13:28 | Baxılıb: 974
AFFA İntizam Komitəsi 1-ci liqada mübarizə aparan “Qaradağ Lökbatan”ın baş məşqçisi Amit Quluzadəni sərt cəzalandırıb.

“past.az” xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

İntizam Komitəsi bugünkü iclasında mütəxəssislə bağlı qərar qəbul edib. Qərarda bildirilib ki, 1-ci liqanın 26-cı turunun “Karvan”la oyunu bitdikdən sonra “Qaradağ Lökbatan”ın baş məşqçisi Amit Quluzadə hakimləri təhqir etdiyinə görə 5 oyun cəzalandırılıb. Onun klubu isə 400 manat cərimə edilib.

Qeyd edək ki, Amit Quluzadə ötən ildən “Qaradağ Lökbatan”ın baş məşqçisidir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.