“past.az” xəbər verir ki, FIBA dərəcəli referilər Ələkbər Həsənov, Ruslan Xalıqov, Urfan Bayramlı və Anastasiya Slojenitsina qitə birinciliyində fit sahibi olacaqlar.
Ələkbər Həsənov Serbiyada 18 yaşadək (A divizionu, 26 iyul-3 avqust), Gürcüstanda 16 yaşadək (A divizionu, 8-16 avqust) oğlan basketbolçulardan ibarət komandaların yarışında idarəçilik edəcək.
Ruslan Xalıqov Rumıniyada 18 yaşadək oğlanların (B divizionu, 25 iyul-3 avqust) və 16 yaşadək qızların (A divizionu, 15-23 avqust), həmçinin Albaniyada 16 yaşadək oğlanların (C divizionu, 5-13 iyul) yarışında iş başında olacaq.
Urfan Bayramlı Rumıniyada 18 yaşadək oğlanların (B divizionu, 25 iyul-3 avqust), Türkiyədə 20 yaşadək qızların (B divizionu, 20-29 avqust), Şimali Makedoniyada 16 yaşadək oğlanların (B divizionu, 7-16 avqust) yarışında fitini səsləndirəcək.
Anastasiya Slojenitsina isə Litva 18 yaşadək qızlar (B divizionu, 4-13 iyul) arasında baş tutacaq turnirdə idarəçilik edəcək.