Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İki gün sonra meyiti tapıldı - Yağışda yarğana yıxılıbmış
 
						İki gün sonra meyiti tapıldı 
							 - Yağışda yarğana yıxılıbmış
Əlavə olunub: 03.21.2025 | 11:59 | Baxılıb: 6500
Gədəbəyin Moruqlu kəndində 48 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

“past.az” xəbər verir ki, hadisə martın 19-u saat 18 radələrində qeydə alnıb.

Belə ki, 1977-ci il təvəllüdlü kənd sakini Ə.Əsgərov sərxoş vəziyyətdə yaşadığı evə gedərkən havanın yağışlı, torpaq səthinin sürüşkən olması səbəbindən yıxılaraq yarğana düşüb və orada ölüb.

Ə.Əsgərovun meyiti martın 20-si tapılıb.

Hadisə ilə bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Yunis Quliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.