Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İki illik evlilikləri bitir - Fotolar
 
						İki illik evlilikləri bitir 
							 - Fotolar
Əlavə olunub: 06.25.2025 | 21:02 | Baxılıb: 12280
Məşhur türkiyəli aktrisa Ezgi Mola əri Mustafa Aksakallıdan boşanmaq qərarına gəldiyini açıqlayıb.

“past.az” xəbər verir ki, aktrisa bu barədə sosial media hesabında paylaşım edib:

“İki illik evliliyimizi bitirməyə qərar verdik. Bir-birimizə olan sevgimizin ən gözəl hədiyyəsi Candır. Onunla ən gözəl şeyləri yaşamaq üçün əlimizdən gələni edəcəyik. Prosesin davamında dostluğumuza zərər vermədən, incitmədən, qırmadan bir-birimizin yanında olacağıq. Bizdən eşitmədiyiniz heç bir şeyə inanmayın”.

Qeyd edək ki, Ezgi iş adamı Mustafa Aksakallı ilə 4 illik münasibətdən sonra 2023-cü ildə ailə qurmuşdu. Cütlüyün ötən ilin noyabrında Can adlı körpələri dünyaya gəlmişdi.




Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.