Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İlk dəfə avrokubokların finalına yüksəldilər
 
						İlk dəfə avrokubokların finalına yüksəldilər
Əlavə olunub: 05.09.2025 | 07:35 | Baxılıb: 5498
İspaniyanın “Betis” klubu tarixində ilk dəfə avrokubokların finalına yüksəlib. 

“past.az"in məlumatına görə, klub buna UEFA Konfrans Liqasında yarımfinal mərhələsində İtaliya “Fiorentina”sını məğlub edərək nail olub.

Belə ki, ilk qarşılaşmada rəqibini 2:1 üstələyən “Betis”, cavab qarşılaşmasının 2:2 (ümumi hesab 3:4) bitməsi ilə adını final yazdırıb.

Qeyd edək ki, UEFA Konfrans Liqasının final matçı mayın 28-də Polşanın Vrotslav şəhərində “Çelsi” və “Betis” arasında keçiriləcək. 

Onu da əlavə edək ki, turnirin son qalibi Yunanıstanın “Olimpiakos” klubu olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.