“past.az” xəbər verir ki, bu barədə məlumatı aparıcı Aytəkin Mərdanova muğam ifaçısının da dəvət olunduğu “Qonaqcanlı” verilişində açıqlayıb.
Müğənninin qız övladı dünyaya gəlib. Körpəyə Elisa adı qoyulub.
Qeyd edək ki, Əməkdar artistin 2 oğlu da var.
Xatırladaq ki, ötən il İlkin Əhmədova “7 Tamam” proqramında sürpriz edilərək üçüncü övladının dünyaya gələcəyi haqda məlumat verilmişdi. Lakin müğənni verilişdə ona edilən bu sürprizə çox əsəbiləşmişdi. Xəbəri efirdə öyrənən muğam ifaçısının görüntüləri sosial şəbəkədə tənqid edilmişdi.