“past.az"in məlumatına görə, Yasemin birgə fotolarını instaqram hesabında paylaşıb.
Aktyorlar basketbol üzrə Avroliqanın pley-off mərhələsi çərçivəsində keçirilən “Anadolu Efes” - “Panatinaikos” oyunun birgə izləyiblər.
Qeyd edək ki, görüş İstanbul təmsilçisinin 85:82 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, “Doktorlar” serialı 2006-2011-ci illərdə yayımlanıb. Baş rollarda Yasemin Özilhan, Kutsi, Melike Güner, Bekir Aksoy, Yeşim Ceren Bozoğlu və Devrim Nas rol alıb.