Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İmtahandan qayıdan müəllimlər qəzaya düşdü - Foto
 
						İmtahandan qayıdan müəllimlər qəzaya düşdü 
							 - Foto
Əlavə olunub: 06.25.2025 | 14:46 | Baxılıb: 4709
Bu gün Gəncə şəhərində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“past.az” xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

“VAZ 2106” markalı avtomobilin “Ford” markalı maşınla toqquşması nəticəsində Şəmkir rayon sakinləri - 1967-ci il təvəllüdlü Rəna Əhmədova,1969-cu il təvəllüdlü Məlahət Eyyubova, 1991-ci il təvəllüdlü Zəkiyə Heydərova və 1985-ci il təvəllüdlü Vasif Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib, vəziyyətləri kafidir.

Qəzaya düşən şəxslər Şəmkir rayon Sabir kənd orta məktəbinin müəllimləridir. Onlar müəllimlərin Gəncədə keçirilən sertifikasiya imtahanında iştirak etmək üçün Şəmkirdən gəlibmiş.

Yunis Quliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.