Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İngiltərə Avropa çempionu oldu
 
						İngiltərə Avropa çempionu oldu
Əlavə olunub: 06.29.2025 | 09:40 | Baxılıb: 2701
21 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatı başa çatıb.

“past.az” xəbər verir ki, finalda Almaniya və İngiltərə milliləri üz-üzə gəlib.

Matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda isə İngiltərə yığması qələbə qolunu vurmağı bacarıb - 3:2.

Bununla da İngiltərənin U-21 millisi tarixində 4-cü dəfə Avropa çempionu olub. 

Qeyd edək ki, İngiltərə yığması Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alıb. Millimiz hər iki görüşdə ingilislərə böyük hesabla uduzub - 1:5, 0:7.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.