Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İngiltərə klubları Avropa Liqasının finalında
 
						İngiltərə klubları Avropa Liqasının finalında
Əlavə olunub: 05.09.2025 | 01:02 | Baxılıb: 1521
UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab görüşləri keçirilib.

“past.az” xəbər verir ki, baş tutan qarşılaşmalardan sonra finalçılar müəyyənləşib.

“Mançester Yunayted” doğma meydanda “Atletik”i qəbul edib. Görüş ingilislərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

“Tottenhem” isə ilk matçda 3:1 hesabı ilə məğlub etdiyi “Bodo Qlimt”lə Norveçdə üz-üzə gəlib. İlk oyunda olduğu kimi, cavab matçında da London təmsilçisi qələbəyə sevinib - 2:0.

Beləliklə, hər iki oyunun nəticəsinə görə, “Mançester Yunayted” və “Tottenhem” finala vəsiqə qazanıb.

UEFA Avropa Liqası

Yarımfinal mərhələsi, cavab oyunları

8 may

23:00. “Mançester Yunayted” (İngiltərə) – “Atletik” (İspaniya) (ilk oyun: 3:0) - 4:1

Qollar: Mount, 72, 90+1 Kasemiro, 80, Hojlund, 85 - Jauregizar, 31

23:00. “Bodo Qlimt” (Norveç) – “Tottenhem” (İngiltərə) (ilk oyun: 1:3) - 0:2

Qollar: Solanke, 63, Porro, 69

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.