“past.az” klubun saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssislə müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.
Onun Səudiyyə Ərəbistanının “Əl Hilal" klubuna keçəcəyi gözlənilir.
Qeyd edək ki, Simone İnzaqi 2021-ci ilin yayından “İnter"in baş məşqçisi idi. O, Milan təmsilçisində 1 dəfə A seriyasnın, 2 dəfə İtaliya kubokunun, 3 dəfə isə İtaliya Superkubokunun qalibi olub. Həmçinin İnzaqi komanda ilə iki dəfə Çempionlar Liqasının finalına çıxıb.