Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İranda metanol anbarında güclü yanğın - Video
 
						İranda metanol anbarında güclü yanğın 
							 - Video
Əlavə olunub: 06.11.2025 | 14:52 | Baxılıb: 900
İranın cənubunda limanda metanol saxlanılan anbarda güclü yanğın baş verib.

“past.az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Buşehr vilayətinin təcili tibbi yardım xidmətinin rəhbəri Həsən Musəvi açıqlayıb.

“Kaveh” şirkətinə məxsus anbarında qeydə alınan bu hadisə nəticəsində 3 nəfər həlak olub, daha 10 nəfər isə xəsarət alıb.  

Musəvinin sözlərinə görə, yanğının miqyası nəzərə alınaraq, xəsarət alanların artacağı istisna edilmir.

Bununla belə, hadisənin səbəbi qeyd olunmayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.