“past.az” xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
O bildirib ki, bununla əlaqədar, ilkin olaraq İrandakı səfirliyimizin əməkdaşlarının ailə üzvləri də daxil olmaqla ümumilikdə 41 nəfər Azərbaycan vətəndaşının İran-Azərbaycan sərhəddindən keçidi təmin olunub:
“Səfirliklərimiz və müvafiq konsulluğumuz fəaliyyətlərini davam etdirir”.