Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İrandan “təzə qarpız” adı ilə narkotik keçirmək istədilər - Saxlanıldılar
 
						İrandan “təzə qarpız” adı ilə narkotik keçirmək istədilər 
							 - Saxlanıldılar
Əlavə olunub: 06.14.2025 | 17:00 | Baxılıb: 2060
Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycandan tranzit keçməklə İrandan Rusiyaya aparılan “təzə qarpız” yükündə ümumi çəkisi 207 kiloqram 620 qram olan narkotik vasitə – marixuana aşkarlanıb.

“past.az” bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Bildirilib ki, Azərbaycandan tranzit keçən və İrandan Rusiyaya “təzə qarpız” daşıyan nəqliyyat vasitəsi Astara Gömrük İdarəsində gömrük baxışına cəlb olunub. Yükə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və şübhəli təsvirlər müşahidə edilib.

Daha ətraflı yoxlama zamanı kinoloji xidmət iti 16 paletə reaksiya verib. Həmin paletlərdəki qarpız yükünün altından, gömrük nəzarətindən gizlədilmiş 64 ədəd bağlamada, qablaşdırma ilə birlikdə ümumi çəkisi 207 kiloqram 620 qram olan marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.