Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İranı bombalamaqla hədələdi
 
						İranı bombalamaqla hədələdi
Əlavə olunub: 03.30.2025 | 20:33 | Baxılıb: 4521
ABŞ Prezidenti Donald Tramp Tehranın nüvə proqramı ilə bağlı Vaşinqtonla razılığa gəlmədiyi təqdirdə İranı bombalamaqla hədələyib.

“past.az” xəbər verir ki, Tramp bu barədə “NBC News”a müsahibə verib.

“Əgər onlar razılığa gəlməsələr, bombardman olacaq. Onlara məktub yazdım, ümid edirəm ki, danışıqlar aparacaqlar, çünki hərbi yolla girməli olsaq, bu, dəhşətli bir şey olacaq”, - Tramp bildirib.

O, həmçinin İrana tariflərin tətbiqi ehtimalının olduğunu da deyib.

Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian bu gün Nazirlər Kabinetinin iclasında Trampın təklifinə rədd cavabı verdiyini bildirib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.