Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“İranın nüvə obyektləri ABŞ-nin zərbələrindən ciddi şəkildə zədələnib”
 
						“İranın nüvə obyektləri ABŞ-nin zərbələrindən ciddi şəkildə zədələnib”
Əlavə olunub: 06.25.2025 | 07:25 | Baxılıb: 2813
“Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) hesab edir ki, ABŞ-nin zərbələri nəticəsində İranın nüvə obyektlərinə ciddi ziyan dəyib”.

“past.az” xəbər verir ki, bunu təşkilatın baş direktoru Rafael Qrossi “Fox News” telekanalının efirində deyib.

“Biz üç sahədə çox əhəmiyyətli dərəcədə zərər görürük. İlk olaraq Natanz vuruldu və uranın zənginləşdirilməsinin aparıldığı çox vacib zallardan birinə çox ciddi ziyan dəydi. Hətta onun yeraltı hissəsi də əvvəlcə dolayı, sonra isə birbaşa zədələnib”, - o qeyd edib.

İsfahan şəhərində yerləşən obyekt barədə danışan baş direktor qeyd edib: “Bu kompleks bir neçə binanı əhatə edir və burada müxtəlif texnoloji işlər aparılır. Lakin həmin əraziyə də ciddi ziyan dəyib”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.