Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İş adamı bazarda bıçaqlandı - Yenilənib
 
						İş adamı bazarda bıçaqlandı 
							 - Yenilənib
Əlavə olunub: 06.30.2025 | 09:30 | Baxılıb: 3126
Dünən Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

“past.az” xəbər verir ki, saat 07 radələrində Lənkərandakı mərkəzi bazarda rayonun Osaküçə kənd sakin, 1985-ci il təvəllüdlü Bəhruz Tahirov 1977-ci il təvəllüdlü Həbibov Firad Səyad oğluna bıçaqla zərbələr endirib.

Faktla bağlı Lənkəran ŞRPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb.

B.Tahirov CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.

***

Baku TV-nin məlumatna görə, bıçaqlanan F.Həbibov Osaküçə kəndində yerləşən “Pambəhi” istirahət mərkəzinin sahibidir.

5 bıçaq xəsarəti alan iş adamı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.