Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İslandiya - Azərbaycan matçının da məkanı bəlli oldu
 
						İslandiya - Azərbaycan matçının da məkanı bəlli oldu
Əlavə olunub: 05.14.2025 | 20:02 | Baxılıb: 2149
Futbol üzrə DÇ-2026-nın seçmə mərhələsinin İslandiya - Azərbaycan matçının məkanı müəyyənləşib.

“past.az” UEFA-ya istinadən xəbər verir ki, matç sentyabrın 5-i Reykyavik şəhərindəki “Laugardalsvöllur” arenasında keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Bu, hər iki komandanın seçmə mərhələdə ilk oyunu olacaq. 

İslandiyanın ən böyük stadionu olan bu arenanın 15 min tamaşaçı tutumu var.

Qeyd edək ki, bu gün AFFA seçmə mərhələnin Azərbaycan - Ukrayna matçının sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcəyini açıqlayıb.

Milli komandamızın qrupdakı digər rəqibi Fransaya qarşı oyunlarının, eləcə də Ukrayna ilə səfər, İslandiya ilə evdəki matçlarının məkanları isə hələ təsdiqlənməyib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.