Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İsrail Azərbaycandakı görüşü təsdiqlədi - Yenilənib
 
						İsrail Azərbaycandakı görüşü təsdiqlədi 
							 - Yenilənib
Əlavə olunub: 04.10.2025 | 15:42 | Baxılıb: 5055
Azərbaycanda Türkiyə və İsrail arasında görüş baş tutub.

“past.az” “NTV” portalına istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyindəki mənbə açıqlayıb.

Bildirilib ki, Türkiyə və İsrail nümayəndələri dünən keçirilən görüş zamanı Suriyada gərginliyin azaldılması mexanizmlərinin yaradılmasına dair müzakirələr aparıb.

Bununla belə, digər detallar açıqlanmayıb.

***

“The Times of Israel” yazır ki, yüksəkvəzifəli israilli məmur aprelin 9-da Azərbaycanda İsrail və Türkiyə nümayəndə heyətləri arasında görüşün keçirilməsini təsdiq edib. 

Həmçinin qeyd edilib ki, tərəflər Suriyada arzuolunmaz insidentlərin qarşısının alınmasına yönələn tədbirləri müzakirə ediblər.

“Görüş zamanı İsrail Suriyada xarici qüvvələrin yerləşdirilməsində istənilən dəyişikliyin “qırmızı xətt” olduğunu qarşı tərəfə çatdırıb”, - deyə məlumatda bildirilib.

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.