Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“İsrail İrana qarşı təcavüzün dəhşətli bədəlini ödədi” - Pezeşkian
 
						“İsrail İrana qarşı təcavüzün dəhşətli bədəlini ödədi” 
							 - Pezeşkian
Əlavə olunub: 06.24.2025 | 21:51 | Baxılıb: 7018
“İsrail öz məqsədlərinə çata bilmədi və İrana qarşı təcavüzün dəhşətli bədəlini ödədi”. 

“past.az” xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian xalqa müraciətində deyib.

“Təcavüzkar düşmən İrandakı obyektləri dağıtmaq və nüvə tədqiqatlarını dayandırmaq, sosial iğtişaşlara səbəb olmaq kimi məqsədlərinə nail ola bilmədi”, - İran Prezidentinin mətbuat xidməti tərəfindən yayılan mətndə qeyd olunur.

Pezeşkianın sözlərinə görə, İran kimi böyük ölkəyə qarşı bu avantüranın bədəli dəhşətli olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.