“past.az” xəbər verir ki, bu gün axşam saatlarında mərhumun nəşi dəfn olunması üçün ailəsinə təhvil verilib.
Qeyd edək ki, Lənkəran rayonu Siyavar kənd sakini, 1984-cü il təvəllüdlü Mahmud İbayev həmkəndlisi 1968-ci il təvəllüdlü Nazim Abbasovla birgə dənizdə itkin düşmüşdü. Fevralın 21-də N.Abbasovun meyiti tapılıb.
Ötən ay isə itkin düşən balıqçılardan digəri Mahmud İbayevin cəsədi Xəzərin İran sahilində aşkarlanmışdı.
Surxay Şahbazov