“past.az"in məlumatına görə, bu barədə baş prokuror Kamran Əliyev müvafiq əmrlər imzalayıb.
Əmrə əsasən, Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Natiq Abdullayev vəzifəsindən azad edilib.
Digər əmrlə, Natiq Abdullayev Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsinə təyinat alıb.
Fotoda: Natiq Abdullayev
Növbəti əmrlə isə Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Ceyhun Kazımov vəzifəsindən azad edilərək, Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsinə təyin olunub.
Baş prokurorun müvafiq əmrləri ilə Erkin Əlixanov Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin, Səbuhi Alıyev isə Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi təyin edilib.
Fotoda:Erkin Əlixanov
Qeyd edək ki, prokurorluq orqanlarında kadr islahatları aparılır. Bundan əvvəl də bir neçə idarə rəisi və bir neçə rayonun prokuroru dəyişib.
Sail Ağasəlim