Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Karapetyanla bağlı məhkəmə qərarı açıqlandı
 
						Karapetyanla bağlı məhkəmə qərarı açıqlandı
Əlavə olunub: 06.19.2025 | 00:22 | Baxılıb: 1999
İrəvan məhkəməsi rusiyalı biznesmen Samvel Karapetyan barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib. 

“past.az” xəbər verir ki, bu barədə biznesmenin vəkili Armen Feroyan məlumat verib.

Müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətindədir. 

Həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclası təxminən 3 saat əvvəl başa çatıb, lakin qərar yalnız indi açıqlanıb.

Qeyd edək ki, “Taşir” şirkətlərin qrupunun rəhbəri barəsində cinayət işi başlanılıb. O, hakimiyyətin ələ keçirilməsinə açıq çağırış etməkdə təqsirləndirilir.

Xatırladaq ki, Azərbaycan 2021-ci ildə Qarabağa qaçaq yolla silah-sursat daşıyan şirkət rəhbərlərini beynəlxalq axtarışa vermişdi. Həmin şəxslər sırasında S.Karapetyan da olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.