Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Kartlardan daha 24 min manat oğurlandı
 
						Kartlardan daha 24 min manat oğurlandı
Əlavə olunub: 04.26.2025 | 11:27 | Baxılıb: 2524
Aprelin 25-də vətəndaşların bank kartlarından 24 min manata yaxın pul oğurlanıb.

“past.az” xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 25-də ayrı-ayrı vətəndaşların müxtəlif kiberüsulla 6000, 5800, 4355, 1600, 1470, 1390, 955, 750, 420, 360, 202, 97, 61, 9 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Nazirlik vətəndaşları kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, sistemlərə giriş üçün lazım olan loqin və şifrələri, kartın PİN kodu kimi məxfi məlumatları başqaları ilə bölüşməməyə çağırıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.