Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Kartlardan daha 40 min manat oğurlandı
 
						Kartlardan daha 40 min manat oğurlandı
Əlavə olunub: 04.10.2025 | 09:39 | Baxılıb: 1956
Aprelin 9-da ayrı-ayrı vətəndaşların bank kartlarından müxtəlif kiber üsullarla 40 min manatdan artıq pul oğurlanıb.

“past.az” Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, müxtəlif şəxslərin 12850, 8211, 8210, 4466, 2000, 1200, 700, 300, 300, 261, 260, 260, 175, 143, 85, 83 manat və 595 dollar pul vəsaitləri bank kartlarından oğurlanıb.

Nazirlikdən bildirilib ki, bank kartları ilə əlaqəli xarici zənglər, mesajlar cavablamadan, saxta linklərə daxil olmadan bloklanmalıdır:

“Əks halda bank kartında olan pul vəsaitinizi talayacaqlar. Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”.

Qeyd edək ki, aprelin 7-də kartlardan 67 min, 8-də isə 87 min manatdan artıq pul oğurlanıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.