Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Karyerasının son matçında qırmızı vərəqə aldı - Video
 
						Karyerasının son matçında qırmızı vərəqə aldı 
							 - Video
Əlavə olunub: 05.24.2025 | 04:07 | Baxılıb: 3136
“Komo"in qapıçısı Pepe Reina İtaliya çempionatının 38-ci turunda “İnter”lə matçın 45-ci dəqiqəsində qırmızı vərəqə alıb.

“past.az” xəbər verir ki, bu ispan futbolçunun karyerasında aldığı son qırmızı vərəqə olub.

Belə ki, daha əvvəl 43 yaşlı qolkiper cari mövsümün sonunda karyerasını başa vuracağını açıqlamışdı.

Reinaya rəqibin hücumçusu Mehdi Taremiyə cərimə meydançası xaricində etdiyi sərt müdaxiləyə görə qırmızı vərəqə göstərilib.

Qeyd edək ki, Pepe Reina “Vilyarreal”, “Liverpul”, “Bavariya” və “Napoli”, “Milan” və “Latsio” klublarında çıxış edib. 

Bu mövsüm 42 yaşlı qolkiper “Komo"in heyətində A Seriyasında və İtaliya Kubokunda 12 oyun keçirib, 14 qol buraxıb və 2 seyv edib. 

Qolkiper dünya çempionu (2010), həmçinin iki dəfə (2008, 2012) Avropa çempionatının qalibi olduğu İspaniya millisinin heyətində 36 oyun keçirib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.