Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Kəlbəcərdə yük avtomobili aşdı - Sürücü öldü-Fotolar
 
						Kəlbəcərdə yük avtomobili aşdı 
							 - Sürücü öldü-Fotolar
Əlavə olunub: 06.26.2025 | 10:05 | Baxılıb: 2245
Kəlbəcər rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“past.az” xəbər verir ki, Tovuz rayon sakini 1998-ci il təvəllüdlü Orxan Mustafayev rayon ərazisində sürdüyü “HOVO” markalı yük avtomobilinin idarəetməsini itirib. Nəticədə maşın çaya aşıb.

Qəza zamanı sürücü O.Mustafayev hadisə yerində ölüb. O,  Kəlbəcər rayonunda fəaliyyət göstərən şirkətlərin birində çalışırmış.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.