Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Kimsə bizim mövqeyimizdən narazıdırsa, diqqətlə baxsın”
 
						“Kimsə bizim mövqeyimizdən narazıdırsa, diqqətlə baxsın”
Əlavə olunub: 05.10.2025 | 12:20 | Baxılıb: 1980
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistan və Hindistan arasında gərginlikdən danışıb.

“past.az” xəbər verir ki, nazir bu barədə jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Azərbaycan tərəfinin bu mövzuda mövqeyi beynəlxalq hüquqa əsaslanır: “Azərbaycan tərəfinin mövqeyi ondan ibarətdir ki, bu son gərginliyin başlanma səbəbi var. Bu səbəb də onunla bağlıdır ki, Pakistan ərazisinə zərbələr endirilməyə başlanılıb. Biz bunu pislədik, qəbuledilməzliyini bəyan etdik. Eyni zamanda biz hər iki tərəfi məsələni siyasi-diplomatik səviyyədə həll etməyə çağırmışıq. Kimsə bizim mövqeyimizdən narazıdırsa, diqqətlə baxsın. Hesab edirəm ki, bizim yanaşmamız çox məntiqlidir”.

Sail Ağasəlim

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.