Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Klopp bu klubu çalışdıracaq
 
						Klopp bu klubu çalışdıracaq
Əlavə olunub: 05.20.2025 | 07:03 | Baxılıb: 9861
“Liverpul”un keçmiş baş məşqçisi Yurgen Klopp “Roma”nı çalışdıracaq.

“past.az” xəbər verir ki, bu barədə “La Stampa” nəşri məlumat yayıb.

Məlumata görə, almaniyalı mütəxəssis mayın 18-də “Roma”dan gələn təklifi qəbul edib.

Qeyd edək ki, çempionatın bitməsinə 1 tur qalmış Klaudio Ranyerinin rəhbərliyi altında “Roma” İtaliya A seriyasında altıncı pillədə qərarlaşıb. Mövsümün sonunda Ranyerinin paytaxt klubundan ayrılacağı gözlənilir.

Əlavə edək ki, Klopp 2015-2024 illərdə “Liverpul”u çalışdırıb. O, klubla həm Premyer Liqa, həm də Çempionlar Liqasının qalibi olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.