Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Komandada qalıb-qalmayacağımı deməyəcəyəm” - Mourinyo
 
						“Komandada qalıb-qalmayacağımı deməyəcəyəm” 
							 - Mourinyo
Əlavə olunub: 05.06.2025 | 13:10 | Baxılıb: 1779
Portuqaliyalı məşqçi Joze Mourinyo “Fənərbaxça”dan gedəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

“past.az” “Fanatik” nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis bu mövzuda danışmaq istəmədiyini deyib: “Gələcəkdə komandada qalıb-qalmayacağımı deməyəcəyəm. Bu, ictimaiyyət qarşısında müzakirə edilməməli daxili məsələdir. Prezidentimizə və klub rəhbərliyinə hörmət olaraq bu mövzuda danışmaq istəmirəm”.

Qeyd edək ki, 62 yaşlı mütəxəssis 2024-cü ilin iyulunda “Fənərbaxça”ya baş məşqçi təyin olunub. Onun klubla müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Hazırda onun rəhbərlik etdiyi “Fənərbaxça” Türkiyə Super Liqasında 75 xalla 2-ci pillədə qərarlaşıb.

Nihad Əsədov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.