Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
KTMT-nin iclası başladı, Mirzoyan yenə iştirak etmir
 
						KTMT-nin iclası başladı, Mirzoyan yenə iştirak etmir
Əlavə olunub: 06.30.2025 | 09:07 | Baxılıb: 1346
Qırğızıstanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xarici işlər nazirlərinin görüşü başlayıb.

“past.az” xəbər verir ki, bu barədə “Sputnik Qırğızıstan” məlumat yayıb.

Bildirilib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan görüşdə iştirak etmir.

XİN rəhbərləri beynəlxalq, regional vəziyyəti və onun KTMT ölkələrinin təhlükəsizliyinə təsirini müzakirə edəcəklər.

Xatırladaq ki, ötən ilin avqustun sonunda Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın KTMT-nin bütün orqanlarında iştirakını dondurduğunu açıqlamışdı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.