Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Kubokun final matçının biletləri satışa çıxarıldı
 
						Kubokun final matçının biletləri satışa çıxarıldı
Əlavə olunub: 05.15.2025 | 17:51 | Baxılıb: 1100
Futbol üzrə Azərbaycan Kubokunda final oyununun biletləri satışa çıxarılıb.

“past.az” xəbər verir ki, 31 mayda, saat 19:00-da başlayacaq “Qarabağ” – “Sabah” qarşılaşmasının biletlərini bu gündən etibarən “iticket.az” saytından, eləcə də Gənclik Mall, 28 Mall, Heydər Əliyev Sarayı, Köşk №1 (M.Rəsulzadə 3., Bakı), Köşk №2 (Bülbül pr. Nizami küç, Bakı), 1 saylı “ASAN xidmət”, 2 saylı “ASAN xidmət”, 3 saylı “ASAN xidmət”, 4 saylı “ASAN xidmət” və 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzlərindən əldə etmək mümkün olacaq.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionun kassalarında isə bilet satışı oyun günü həyata keçiriləcək. Biletlərin qiymətləri yerlərdən asılı olaraq 3, 5, 10, 15, 20, 30 və 50 (“VIP Lounge”) manatdır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.