Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Laçın bulvarı”nda balıqlar suya buraxıldı - Video
 
						“Laçın bulvarı”nda balıqlar suya buraxıldı 
							 -  Video
Əlavə olunub: 06.20.2025 | 16:49 | Baxılıb: 1649
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Şərqi Zəngəzur və Qarabağa səfəri başlayıb.

“past.az” xəbər verir ki, bu gün diplomatlar Laçında olublar. 

Nümayəndə heyətini Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.

Diplomatik korpus nümayəndələrinin Laçın səfəri Seyrangahda davam edib. Burada qonaqlar Laçın şəhərinə açılan mənzərəyə baxıb, Laçının yenidən abadlaşdığına şahid olublar.

Səfər zamanı qonaqlar Həkəri çayının Laçın şəhər mərkəzindən keçən sahilində olub, çaya balıq buraxıblar.

Qeyd edək ki, diplomatik korpus nümayəndələrinin səfəri iyunun 21-də Şuşada davam edəcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.