Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Lavrov Azərbaycana təşəkkür etdi
 
						Lavrov Azərbaycana təşəkkür etdi
Əlavə olunub: 06.18.2025 | 17:01 | Baxılıb: 7609
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrov arasında telefon danışığı olub.

“past.az"in məlumatına əsasən, Rusiya XİN rəhbəri incəsənət xadimləri daxil olmaqla, Rusiya vətəndaşlarının İrandan təxliyəsi istiqamətində ölkəmiz tərəfindən göstərilən dəstəyə görə ölkə rəhbərliyinə və bütün aidiyyəti qurumlara təşəkkür edib.

Xatırladaq ki, bir neçə gün öncə Rusiya da daxil olmaqla bir sıra ölkələr İranda yaranmış böhran vəziyyəti ilə bağlı vətəndaşlarının təxliyəsi üçün Azərbaycandan kömək istəmişdi. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.